“Həyat yoldaşım ayağısürüşkən idi, məni sevmirdi”

“Həyat yoldaşım ayağısürüşkən idi, məni sevmirdi”
2895 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Zöhrə Abdullayeva həyat yoldaşının onu sevmədiyini etiraf edib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan müğənni 14 il onunla evdə dustaq kimi yaşadığını bildirib:

“Həyat yoldaşım qısqanc idi. Onu çox sevmişəm. 16 yaşımda ailə həyatı qurdum. Gözüm ondan başqasını görməyib ki... 14 il onunla evdə dustaq kimi yaşadım. Atam evinə də getməmişəm. Əvvəl məni sevirdi. Sonra başqalarını gördü, onlara uydu. Ayağısürüşkən, gözüdağınıq idi. Məni sevmirdi. Sonra ayrıldıq. 38 yaşında rəhmətə getdi. Hələ də ona nifrət edirəm. Düzdür, yaraşıqlı idi. Hind aktyoru Rac Kapura oxşayırdı. Amma içimdəki kin soyumur”.