Madonnanın gəlinliyi hərraca çıxarılır – foto

Madonnanın gəlinliyi hərraca çıxarılır – foto
2223 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya ulduzu Madonnanın aktyor-rejissor Şon Pennlə nikahına geyindiyi gəlinliyi hərraca çıxarılır.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, libasa və fatayla ayaqqabıya qoyulan ilkin qiymət 60 min dollardır. Gəlinlik paltarının satışı Amerikanın Beverli-Hillz şəhərində noyabrın 7-8-ində baş tutacaq.

Bundan başqa, həmin gün Madonnanın 140 müxtəlif əşyası da hərraca çıxarılacaq. 

Müğənni-aktrisanın ən böyük kolleksiyası hesab edilən bu əşyaların təxminən 500 min dollar gəlir gətirəcəyi bildirilir.