“Toppuş bacı” və “Keyxanım”ın "Cehiz"i

“Toppuş bacı” və “Keyxanım”ın "Cehiz"i
4391 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Əliyeva və aktrisa Ülviyyə Əliyeva yenidən birlikdə veriliş aparacaqlar.

Axşam.az-ın məlumatına görə, onların yeni layihəsi “Cehiz” adlanır. Bu haqda əməkdaşımızla söhbətində Ü.Əliyeva deyib. O, yaxın günlərdə yayıma başlayacaq proqramın maraqlı olacağını iddia edib:

“Uzun fasilədən sonra verilişimiz yayıma başlayacaq. Əyləncəli, maraqlı bir şoudur. ATV-də yayımlanacaq. Ailə qurmağa hazırlaşanlara cehizlər hədiyyə edəcəyik. Digər layihəm isə “Space” telekanalındadır. Bu isə “Deyirlər ki, toy olacaq” adlanır. Burada ailə həyatı qurmağa hazırlaşan cütlüklərimiz yer alacaq. Layihəm Məhərrəmlikdən sonra efirə gedəcək. Müəllifi özüməm”.