Yaponiya şahzadəsi 11 il sonra ortaya çıxdı – fotolar

Yaponiya şahzadəsi 11 il sonra ortaya çıxdı – fotolar
1662 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaponiya şahzadəsi Masako 11 illik aradan sonra ilk dəfə kameralar önünə çıxıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, şahzadə Masako Yaponiyaya rəsmi səfər edən Hollandiya kralı Uilyam-Aleksandrla kraliça Maksimanın şərəfinə imperator Akito və imperatriçə Miçiko tərəfindən qarşılanma mərasimində obyektivlərə tuş gəlib.
 
Daha sonra  kralla kraliçaya verilən ziyafət gecəsinə də qatılan Masako 1993-cü ildə vəlihəd Naruhito ilə evləndikdən sonra “yuxu pozğunluğu” diaqnozu ilə depressiyaya düşüb.
 
2001-ci ildə qızı Aikonu qucağına alan şahzadə həmin xəstəlik üzündən 11 il imperatorluğun heç bir tədbirinə qatılmayıb.

Ailə qurmazdan əvvəl diplomat kimi fəaliyyət göstərən Masakonun ondan taxta vəlihəd olması üçün oğlan dünyaya gətirməyi istəmələri səbəbindən də dərin stress keçirdiyi deyilir.