Bakıya bir milyonluq avtomobil gətirildi - fotolar

Bakıya bir milyonluq avtomobil gətirildi - fotolar
1835 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda keçiriləcək Baku World Challenge (Blancpain Sprint Series) beynəlxalq avtomobil yarışlarında iştirak edən maşınların modelləri bəlli olub. 

Noyabrın 1-də baş tutacaq yarışda dünyanın ən sürətli 30 avtomobili iştirak edəcək. Onlar arasında BMW Z4, Audi R8LMS Ultra, McLaren MP4-12C, Lamborghini LFII, Porsche 997 GT3 R, Mercedes SLS AMG GT3, Aston Martin Vantage GT3 və digərləri var.

Yarışda iştirak edəcək ən bahalı maşın isə şəkildə gördüyünüz Mercedes SLS AMG GT3-dür. Avtomobilin qiyməti 1 000 000 dollardır. Yarış zamanı Mercedes SLS AMG GT3 saatda maksimal olaraq 300 km sürətlə hərəkət edir. Bir neçə Qran-Prinin qalibi olan bu maşın Bakıdakı turnirində favoritləri sırasındadır.

Qeyd edək ki, bu avtomobili Mersedes şirkəti özəl olaraq GT3 yarışları üçün hazırlayıb.

sportpress.az