“Xanımına əl qaldıran kişinin əli quruyar”

“Xanımına əl qaldıran kişinin əli quruyar”
1218 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elçin Hüseynov “Hələ bu harasıdır” verilişində cəmiyyətdə qadına şiddətdən danışıb.
 
Axşam.az-ın məlumatına görə, ifaçı xanımlara qarşı zorakılığın əleyhinə olduğunu deyib:

“Qadınlar incə məxluqdur. Xanımına əl qaldıran kişinin əli quruyar. Eşitdiyimə görə, imamlarımızdan biri öz qızı içəri girəndə ayağa qalxırmış. Kişilər hər zaman qadına hörmət etməlidirlər. Allah insana fikir və onu ifadə etmək üçün dil verib. Hər bir ailənin öz xarakteri var. Ailəyə yeni gələn gəlinə izah edilməlidir ki, burada qayda-qanun belədir. Qadını döyməklə, ona əl qaldırmaqla heç nəyə nail olmaq olmaz”.