Müğənni verilişə "döyülmüş" halda qatıldı - fotolar

Müğənni verilişə "döyülmüş" halda qatıldı - fotolar
6267 dəfə oxunub
  • A-
  • A
  • A+
“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişində qadına şiddət müzakirə olunub.

Axşam.az-ın məlumatına görə, Təranə Səmədovanın aparıcılıq etdiyi proqramın qonaqları arasında müğənni Elçin Hüseynov və “Bəri bax” qrupunun solisti Şölə Səfərəliyeva da olub. Şölə verilişə “döyülmüş qadın” obrazında qatılıb. O, bunun səbəbini belə izah edib:

“Jurnalist-blogger Şəfiqə Fərzəliyevanın “Qadınlara və uşaqlara qarşı şiddətə yox” layihəsində mən də iştirak etdim. Zorakılığa məruz qalan obrazlardan biri də mən idim. Mən bu obrazda çəkilmiş şəklimi sosial şəbəkəyə qoyanda müxtəlif şərhlər verildi. Hətta bir nəfər izləyici yazmışdı ki, yaxşı at özünə qamçı vurdurmaz. Mən bu fikirlə qətiyyən razı deyiləm”.

Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin beş günü saat 10:45-dən 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.