Apple şirkətinin rəhbərindən etiraf: "Mən geyəm"

Apple şirkətinin rəhbərindən etiraf: "Mən geyəm"
2336 dəfə oxunub
  • A-
  • A
  • A+
Apple şirkətinin baş icraçı direktoru Tim Cook Bloomberg Businessweek-ə verdiyi açıqlamada gey olduğunu bildirib.

"İndiyədək mən cinsi oriyentasiyam haqda heç nə danışmamışdım. İndi isə demək istəyirəm ki, mən gey olmağımla fəxr edirəm və bunu Allahın ən böyük hədiyyəsi sayıram".

Tim Cook deyir ki, Apple şirkətinin çox işçisi onun cinsi azlıq olduğunu bilir.

Apple rəhbəri özünü gey aktivisti hesab etmir. Tim Cook-un sözlərinə görə, o belə cəsarətli addımla öz kimliyini gizlətmək istəməyənlərə nümunə olduğunu göstərir.

2011-ci ildə ABŞ-da dərc olunan Out Magazine jurnalı Tim Cook-u ABŞ-ın ən nüfuzlu geyi olduğunu yazmışdı.

2014-cü ilin iyununda şirkət rəhbərliyi öz işçiləriylə birlikdə gey-paradda iştirak edib.

Tim Cook Steve Jobs vəfat etdikdən sonra şirkətin baş icraçı direktoru seçilib.

Azadliq.org