"Mən işlə qurtardım" - Ramiz Əzizbəyli

"Mən işlə qurtardım" - Ramiz Əzizbəyli
3631 dəfə oxunub
  • A-
  • A
  • A+
“Şükürlər olsun ki, indi əvvəlkinə nisbətən yaxşıyam”.

Axşam.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında xalq artisti Ramiz Əzizbəyli deyib. O, ev şəraitində müalicəsinin davam etdiyini bildirib:

“Hazırda müalicəm aparılır, hərdən müayinəyə də gedirəm”.

R.Əzizbəyli Mədəniyyət və İncəsənət Universitetindən uzaqlaşması barədə də danışıb. O deyib ki, səhhəti işləməyə imkan vermədiyindən özü ərizə yazıb: “Mən işlə qurtardım, indi pensiyadayam”.

Qeyd edək ki, R. Əzizbəyli bu il fevral ayının 9-da avtomobil qəzası keçirib. Həmin qəzadan sonra aktyor yerimə qabiliyyətini itirib.