"Biz sənin övladlarınıq"

"Biz sənin övladlarınıq"
987 dəfə oxunub
  • A-
  • A
  • A+
Heydər Əliyev Sarayında “Milli dirçəliş günü”nə həsr olunmuş “Biz sənin övladlarınıq” adlı uşaqlar üçün konsert proqramı keçiriləcək. 

Axşam.az-ın məlumatına görə, noyabrın 17-də baş tutacaq musiqili-əyləncəli konsert proqramında uşaqları rəngarəng rəqslər, illuziya nömrələri, balaca mahnı ifaçıları və gənc müğənnilərin çıxışı gözləyir.

Saat 14:00-da başlayacaq konsertin biletlərini şəhərin kassalarından əldə etmək olar. Qiymətlər 5-20 manat arasındadır.