Xəstəxanadan çıxan müğənni həmkarlarından inciyib

Xəstəxanadan çıxan müğənni həmkarlarından inciyib
3382 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl ağ ciyər iltihabı diaqnozu ilə xəstəxanaya yerləşdirilən müğənni Murad Sadıq hazırda özünü yaxşı hiss edir.

Axşam.az-ın məlumatına görə, evə buraxılan ifaçı “Gündəlik” verilişinin qonağı olub. O, xəstəxanada olan zaman onu yada salmayan həmkarlarından incidiyini bildirib:

“Altı gün xəstəxanada yatdım. Bəziləri düşündü ki, onu reklam xətrinə etmişdim. İnsan bununla reklam olunmur. Bəzi sənət nümayəndələri məni yada salmadı. “Kristal” qrupunun rəhbəri Mədinə və Ayan Babakişiyeva zəng etdi, halımı soruşdu. Özümə dost bildiklərim zəng vurmadılar. Bilib, özünü bilməməzliyə qoyanlar çox oldu. Allah hər kəsin canını sağ etsin. Kimin halı pis olursa, mən zəng vurub soruşuram. İncikliyim var. Bildim ki, kim mənim dostum, kimlər isə məni yola verəndir. Murad sizin üçün uşaq deyil. Şou-biznesə gəlib, sona kimi də olacaq. Dörd-beş mahnı oxuyub gedənlərdən deyiləm ”.