“Müğənni olmasaydım, "KamAZ" sürərdim”

“Müğənni olmasaydım, "KamAZ" sürərdim”
1101 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Əlikram Bayramov əslində mühəndis olduğunu etiraf edib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişində qonaq olan ifaçı ikinci sənətindən söz açıb:

“Hər zaman müğənnilikdən pul qazana bilmərik. İlin neçə ayı toy olmur, gəlir götürmürük. Ailəni saxlamaq lazımdır. Bir dəfə mənə sual verdilər ki, müğənni olmasanız, hansı peşəni seçərdiniz? Dedim, müğənni olmasaydım, "KamAZ" sürərdim. Əsl kişi peşəsidir. Mən universitet bitirmişəm, mühəndisəm”.