Könül Kərimova xəstələnib

Könül Kərimova xəstələnib
2314 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış müğənni Könül Kərimova xəstələnib yatağa düşdü.

Axşam.az xəbər verir ki, bu haqda Milli.Az-a məlumat verən müğənni xəstəliyini oğlunun hərbi xidmətə getməsi ilə əlaqələndirib:

“Xəstələnib yatağa düşmüşəm. Nə qədər istədim özümü soyuqdan, xəstəliklərdən qoruyum, alınmadı. Özü də işlərimin qızğın bir vaxtında. Oğlumu hərbi xidmətə yola salandan sonra çox həyəcanlandım. Onun dərdi məni xəstəliyə düçar etdi. Xəstəliyim də həyəcandan oldu. Oğlum məndən ayrı düşüb. Məncə, bütün analar mənim keçirdiyim hissləri yaşayıblar. Amma sevinirəm ki, o, hərbi xidmətə, vətəni qorumağa gedib. Yeniliklərim çoxdur, inşallah, sağalandan sonra hamısını təqdim edəcəyəm”.