Nazpəri Dostəliyeva əcnəbi ilə ailə qurur? - açıqlama

Nazpəri Dostəliyeva əcnəbi ilə ailə qurur? -  açıqlama
6331 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nazpəri Dostəliyevanın əcnəbi vətəndaşla ailə qurmağa hazırlaşdığı ilə bağlı xəbər yayılıb.

Axşam.az-ın məlumatına görə, “Günəbaxan” verilişinə telefonla bağlanan müğənni məsələyə aydınlıq gətirib:

“Bu nə xəbərlərdir? Bizim şou-biznesdə adamlar var ki, hər ölkəyə bir salam göndərir: mənim ərim filan ölkədədir. Azərbaycan oğlanlarının bir dırnağını da xariciyə vermərəm. Bu, mənə aid deyil. Mən Azərbaycanımıza, igidlərimizə hörmət edənəm. Ailə qursam, bunu azərbaycanlı ilə edəcəm. Bu, mənim üçün qurulan şayiədir. Belə şeylərə əhəmiyyət vermirəm”.