Transseksual rolunda rejissoru heç kim tanımadı – fotolar

Transseksual rolunda rejissoru heç kim tanımadı – fotolar
2461 dəfə oxunub
  • A-
  • A
  • A+
“İncir reçeli -2” (“Əncir mürəbbəsi - 2”) filminin ssenaristi və rejissoru Aytac Ağırlar hər kəsi təəccübləndirib.
 
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, ekran işində səhnələrin birində transseksualı canlandıran rejissoru nə çəkiliş heyəti, nə də dostları tanıyıb. Polis idarəsində Mətin və Gizəm obrazları ilə yan-yana oturan cinsi azlığın filmin rejissoru A.Ağırların olduğunu heç kim bilməyib.

Rolunu ustalıqla canlandıran Aytac “Sürpriz olsun istədim. Mənə elə qrim edildi ki, heç yaxın dostlarım da tanımadı”, - deyə açıqlama verib.

Qeyd edək ki, “İncir reçeli -2” filmi nümayişə başladığı andan izlənmə rekordu qırıb. Ekran işinə 2 həftə ərzində 800 mindən çox tamaşaçı baxıb.