Ayrıldığı sevgilisinin evinə getdi

Ayrıldığı sevgilisinin evinə getdi
1897 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Cennifer Lourens gizlicə sevgilisi Kris Martinin Malibudakı evinə gedib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, cütlüyün bir həftə əvvəl ayrılma xəbərləri yayılmışdı. Gecə vaxtı qara rəngli "Cadillac" markalı maşını ilə əraziyə gələn aktrisa diqqət çəkməməyə çalışıb. O, evə arxa qapıdan girib, iki saat qaldıqdan sonra çıxıb.

Yaxınları Cenniferin ayrılığı qəbul etmədiyini, ağır günlər keçirdiyini bildirib.

Cütlüyün ayrılmasına səbəb Martinin 11 illlik həyat yoldaşı Qvinet Peltrou ilə əlaqələrini kəsməməsi olub. Martin və Qvinet boşandıqdan sonra dost kimi qalıb. Onların tez-tez görüşməsi Lourensi özündən çıxarıb.