Heydər Əliyev Sarayında 2 mühüm gün qeyd olundu – fotolar

Heydər Əliyev Sarayında 2 mühüm gün qeyd olundu – fotolar
1494 dəfə oxunub
  • A-
  • A
  • A+
Heydər Əliyev Sarayında 18 oktyabr Dövlət Müstəqilliyi və 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günləri ilə əlaqədar “Yaşasın müstəqilliyimiz, ucalsın bayrağımız" adlı konsert keçirilib.

Axşam.az-ın məlumatına görə, gecədə əməkdar artist Eldar Məmmədovun rəhbərliyi, instrumental ansamblın müşayiətiylə xalq artistləri - Mübariz Tağıyev, Heydər Anatollu, əməkdar artistlər - Zöhrə Abdullayeva, Gülyaz Məmmədova, Teyyub Aslanov, sənətçilər - Rəşad İlyasov, Rüfət Axundov, Samir Piriyev, Əlikram Bayramov, Zabitə Alıyeva, Mirkamil Kamilov, meyxanaçı Ağamirzə və “Rasimlər” folklor qrupu iştirak edib.

Adəti üzrə, konsertə Qarabağ veteranları və beynəlxalq əlillər cəmiyyətlərindən olan əlillər və onların ailə üzvləri, kimsəsiz, əlil və daun sindromlu uşaqlar dəvət olunub.