“Alim Qasımovla duelə çıxaram" sözünü deməmişəm"

“Alim Qasımovla duelə çıxaram" sözünü deməmişəm"
2434 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Mətanət Əsədova “Kimdir nömrə 1” yarışmasında ancaq xalq artisti Alim Qasımovla duelə çıxmaq istəməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, prodüser Tolikin “Mətanət dedi ki, bu müsabiqədə duelə çıxıb, səsimi yarışdıracağım kimsə yoxdur. Mən ancaq Alim Qasımovla üz-üzə gələrəm” sözlərinə muğam ifaçısı “Gündəlik” verilişində cavab verib:

“Tolik mənim dostumdur. Yarışmada olan digər münsiflər Afaq Gəncəli, Cavid Güllə də münasibətim var. Tolikə demişdim ki, efirə yeni çıxsaydım, bəli, gələrdim. Mənim müəllimlərim Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Əlibaba Məmmədov olub. Mən 20 il əvvəlki vəziyyətimdə olsaydım, yarışmaya qatılmağa razılaşardım. Ustadım, qarşısında səcdə etdiyim Alim Qasımovla duelə çıxaram sözünü deməmişəm. Mən vaxtında onun qabağında səsimdən imtahan vermişəm. O, şah sənətkarım olub. Heç vaxt elə səhv etmərəm. Dedim ki, əgər onlar orda olsaydı, gəlib qarşılarında günlərlə oxuyardım, doymazdım. Mən elə söz deməmişəm”.