Yağışlı, qarlı günlər gəlir

Yağışlı, qarlı günlər gəlir
3803 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Azərbaycanda qeyri-sabit, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu xəbər verir ki, noyabrın 2-si günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin əlverişsiz olacağı, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin - 8-10 dərəcə enəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, aradabir yağış yağacaq, gecəyə doğru yağıntılı olacaq, şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 8-10, gündüz 10-13, axşama doğru isə 5 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində noyabrın 2-də hava yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 8-13, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq.

Noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.