Türkiyənin serial ulduzları Bakıya qala gecəsinə gəlir

Türkiyənin serial ulduzları Bakıya qala gecəsinə gəlir
2933 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur aktyorları - Mehmet Günsür,  Fərəh Zeynəb Abdullah və Kərəmi  Kərəm Bursin Bakıya gələcəklər.

Axşam.az-ın məlumatına görə, aktyorlar birlikdə rol aldıqları “Unutsam pıçılda ” filminin qala gecəsində iştirak edəcəklər. Tədbir noyabrın 17-də "Nizami Kino Mərkəzində" baş tutacaq.

Film bir neçə gün əvvəl Türkiyədə nümayiş olunub. 
 
Ekran işində bir-birini sevən iki gəncin münasibətlərindən bəhs olunur.

Qala gecəsinə biletləri mərkəzin kassalarından 15 AZN-ə əldə edə bilərsiniz.

Qeyd edək ki, Məhmət Günsür “Möhtəşəm yüz il”də Şahzadə Mustafa, Fərah Zeynəb Abdullah “Zaman elə keçir ki”ndə Aylin, Kərəm Bursin isə “Günəşi gözləyərkən”dən Kərəm obrazları ilə tanınır.