“Paxıllığımı çəkənlər çoxdur”

“Paxıllığımı çəkənlər çoxdur”
2449 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli paxıllığını çəkənlərə ismarış göndərib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Star life” verilişinə açıqlamasında bunları deyib:

“Hörmət, status qazanmışam. Bununla iş bitmir. O statusu qoruyub saxlamaq çətindir. Paxıllığımı çəkənlər çoxdur. Onlara demək istəyirəm ki, belə etməyin. İstəmirəm kimsə arxamca danışsın. Bizə bu yaraşmır. Mənim arxamca danışıb, paxıllıq etməkdənsə, iş görün. Hərdən eşidirəm ki, kimlərsə hardasa danışırlar: Günay o layihəni etdi, klip çəkdirdi. Ondansa oturub fikirləşin, nə layihə edim, mahnı oxuyum ki, yaxşı alınsın”.