Şahzadəyə qarşı sui-qəsd

Şahzadəyə qarşı sui-qəsd
2093 dəfə oxunub
  • A-
  • A
  • A+
İngiltərə Şahzadəsi II Yelizavetaya qarşı terror aktı hazırlanıb.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, polislər hadisə ilə əlaqəsi olan 4 şəxsi saxlayıb.

BBC-nin yaydığı məlumatda bildirilir ki, terroristlər planlarını noyabrın 8-də həyata keçirəcəkmiş. Bu gün Britaniyada xeyriyyə festivalı keçirilib. Terroristlər müharibədə həlak olanların xatirəsinə "Royal Albert Hall"da keçirilən mərasimdə qayçı ilə Şahzadəyə hücum etməyi planlaşdırıblar.  

Həbs olunanlar 19-27 yaş arası oğlanlardır. Onların hansısa dini təriqətin üzvü olduğu bildirilib.

Bütün bunlara baxmayaraq Şahzadə mərasimə qatılacağını deyib. O, "Terror təhdidlərinə aldanmayın. Məni kimsə saxlaya bilməz" - deyə bildirib.