Serial üçün 9 kiloqram arıqladılar - fotolar

Serial üçün 9 kiloqram arıqladılar -  fotolar
4971 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyorlar Ərkan Pətəkkaya və Nurgül Yeşilçay yeni çəkilən "Paramparça" serialı üçün 9 kiloqram arıqlayıb.

Axşam.az-ın məlumatına görə, "Hürriyət"ə müsahibə verən aktyorlar ilk dəfə eyni layihədə bir araya gəldiklərin bildiriblər.

Nurgül tərəf müqabili haqqında bunları deyib:

"Ərkanla eyni məktəbin məzunuyuq. Amma heç vaxt tanış olmamışdıq. Yaxşı insandır. Çəkiliş meydançasında onunla çox rahat oluram. Serial üçün 9 kiloqram arıqladım. Dietoloqun məsləhəti ilə fərqli qidalar yeyirəm, çoxlu gəzirəm".

Aktrisa sevgidən də bəhs edib:

"Mən uzun müddət davam edən sevgilərə üstünlük verirəm. İmkansız eşqlərin arxasınca qaçacaq vaxtım yoxdur. Bir münasibətdə edilən heç bir şey fədakarlıq deyil. Eşq iki insanın bir-birinə xoşbəxtlik verməsidir. Xoşbəxt olmayıb, amma sevməyin də tərəfdarı deyiləm".

Ərkan Pətəkkaya isə 11 illik evliliyindən danışıb:

"Evləndiyim insana qarşı eşqdən də yüksək hisslər bəsləmişəm. İndi sevgi, bağlılıq, hörmət yaşayırıq. 11 illik ailə həyatımızda hər gün bir az bağlandıq".