Məşhur aktyor səhnəyə sərxoş halda çıxdı - fotolar+video

Məşhur aktyor səhnəyə sərxoş halda çıxdı - fotolar+video
1353 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı kinoaktyor Conni Depp öz dolaşıq nitqi və qəribə hərəkətləri ilə izləyiciləri şoka salıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Hollywood Film Awards” mükafatlandırma mərasimində “Supermen” sənədli filminin mükafatını təqdim etmək üçün səhnəyə çıxan ulduz hər kəsi təəccübləndirəcək hərəkətlər edib.

Belə ki, aktyor ilk olaraq səhnəyə haradan çıxacağına qərar verməkdə çətinlik çəkib. Elə bu andan etibarən o, bütün diqqəti özünə cəlb edib. Sonra səhnəyə çıxan kimi mikrofona yaxınlaşıb və “Bu, həyatımda gördüyüm ən qorxunc mikrofondur” deyib.

C.Depp səhnədə olduğu müddətdə dolaşıq nitqi və yöndəmsiz hərəkətləri ilə zalda oturanları güldürüb.

Mediada yazılanlara görə, bu hadisədən sonra iki ehtimal yaranıb: ya o, sərxoş olub, ya da publikanın diqqətini çəkmək üçün bu addımı atıb.

Xatırladaq ki, Conni Depp bir neçə il bundan əvvəl alkoqol asılılığından əziyyət çəkirdi və 2013-cü ildə mətbuata verdiyi açıqlamasında bir il yarımdır ki, spirtli içki qəbul etmədiyini bildirmişdi.