Azərbaycanlı rəqqasın “Yetenek Sizsiniz”də “maral” rəqsi - video

Azərbaycanlı rəqqasın “Yetenek Sizsiniz”də “maral” rəqsi - video
8214 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aparıcı-prodüser, “TV8” kanalının rəhbəri Acun İlıcalının “Yetenek Sizsiniz Türkiye” yarışmasının dünənki buraxılışında azərbaycanlı rəqqas Rəsul Sofiyev öz çıxışı ilə münsiflərin rəğbətini qazanıb.

Axşam.az-ın məlumatına görə, çıxışının əvvəlində hind rəqsi oynayan R.Sofiyev daha sonra “Maral-maral” mahnısının sədaları altında rəqs edib.

Münsiflərin hamısından “hə” cavabı alan Rəsul səsvermə zamanı səhnəyə 6 aylıq qızı Aylini də çıxarıb. Münsiflərdən Özgü Namal körpəni qucağına alaraq onu əzizləyib.

Qeyd edək ki, yarışmanın münsif kürsüsündə Özgü Namal, Murad Boz və Eser Yenənlər əyləşib.