Əmrə ayrı-seçkilik etdi – video

Əmrə ayrı-seçkilik etdi – video
1709 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən həftə Bakının qonağı olan türkiyəli müğənni Əmrə Kaya “Onlar”a açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, ifaçı türkiyəli sənətçilərdən danışıb:

“Bəstələdiyim mahnıları təkcə özüm oxumuram. Onları sənət dostlarıma da verirəm. Əgər ancaq özüm oxuyaramsa, heç yaza bilmərəm. Dostlarımın önümdə, arxamda, yanımda olmasına baxmayaraq, mən hər zaman çalışıram. Bir vaxtlar yanımda olan dostlarım indi qarşıma keçib”.

Əmrə türkiyəli ifaçılar - Hande Yenər və Demet Akalın qalmaqalına da münasibət bildirib:

“Rekord qırmaq yumurta qırmağa bənzəmir. Bu ifadəni ulduz olmaq istəyənlər üçün demişdim. Hande Yenərin mahnılarını sevirəm. Onu özümə daha yaxın hiss edirəm. “Demet, yoxsa Hande?”, - deyə soruşsanız, mən Handenin tərəfindəyəm”.

Qeyd edək ki, Əmrə Kaya noyabrın 10-da Bakıda konsert vermişdi.