Ruhi Mətanəti dəyişdirdi - fotolar

Ruhi Mətanəti dəyişdirdi - fotolar
8999 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan “Dəb Siz” verilişində bu dəfə aparıcı Mətanət Əliverdiyevanın geyim stili müzakirəyə çıxarılıb.

Axşam.az-ın məlumatına görə, verilişin müəllifi Ruhi Əliyeva onun geyim tərzini bəyənmədiyini deyib:

“İnciyirsə incisin, düzünü deyəcəm. Mətanət xanımın geyim tərzini bəyənmirəm.  Mütləq dəyişmək lazımdır. Onunla mağazaya getdik, paltar seçmək çətin idi. Əsla geyinmədiyi paltar məsləhət gördüm. Amma libası heç geyinmirdi, deyirdi: “Nə danışırsız, mən bu cür geyinə bilmərəm, kilolu görünəcəm”. Çox çətinliklə onu yoldan çıxara bildim”.

Sonda R.Əliyevanın istəyi ilə M.Əliverdiyevanın saç rəngi və geyim tərzi dəyişdirilib. Verilişdə qonaq olan aparıcılar Afaq Gəncəli, Nərgiz Məmmədova, “Nargis” nəşriyyat evinin direktoru, aktrisa Könül Nağıyeva M.Əliverdiyevanın yeni stilini bəyəndiklərini vurğulayıblar.

Qeyd edək ki, “Dəb Siz” verilişi hər həftənin bazar ertəsi, saat 12:00-da yayımlanır.

Foto: Rəşad ABBASOV