Məleykə Əsədova canlı yayıma bu geyimdə gəldi - fotolar

Məleykə Əsədova canlı yayıma bu geyimdə gəldi - fotolar
13502 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Məleykə Əsədovanın geyindiyi qısa ətək və sinəsi açıq libası "Gündəlik" verilişində müzakirəyə səbəb olub.

Axşam.az-ın məlumatına görə, proqramın aparıcısı Mətanət Əliverdiyeva xalq artistinin paltarını göstərərək, digər qonağı, əməkdar artist Azərinə “Heç bu cür libas geyinərsən” sualını ünvanlayıb.

Azərin isə cavabında “Yox... Bu, hər insanın öz şəxsi işidir. Onun öz zövqüdür. Geyinmərəm” deyə cavab verib.

Xalq artisti Faiq Ağayev də M.Əsədovanın bu geyiminə münasibət bildirib:

“İnsan öz bədənini tanıyıb, geyinməlidir. İncəsənət aləmində olanların geyimi fərqlidir. Adi həyatda heç vaxt Məleykə xanımı bu cür paltarda görməmişəm. Həmişə rahat geyinir. Səhnənin öz tələbləri var”.