Gözəllik yarışmasının iştirakçısı öldürüldü - fotolar

Gözəllik yarışmasının iştirakçısı öldürüldü -  fotolar
3454 dəfə oxunub
  • A-
  • A
  • A+
Hondurasda ölkə gözəli seçilmiş Mariya Jose Alvaradonun Santa Barbara şəhərində bacısı ilə birlikdə cəsədi tapılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, gözəl hələ şənbə günündən etibarən yoxa çıxmışdı.

Hadisəni araşdıran polis işçisi Leandro Osorio açıqlamasında bildirib ki, bacıların cəsədləri torpağa basdırılmış halda aşkarlanıb. Hətta cinayət vaxtı istifadə olunan silah və məkana yola düşən maşın da ələ keçirilib.

Xatırladaq ki, Mariya ölkəsini "Miss World" yarışmasında təmsil etməyə hazırlaşırdı.