Tubanın bu fotosu rekord qırdı

Tubanın bu fotosu rekord qırdı
6131 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Tuba Büyüküstün şəxsi İnstaqram profilində makiyajsız fotosunu paylaşıb.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, makiyajsız halı ilə belə izləyicilərini heyran qoyan aktrisanın şəkli 3 saat ərzində 10 min bəyənmə alıb. Bu rekord rəqəm hər kəsi təəccübləndirib.

“Xarici serialın ən yaxşı qadın aktrisası” nominasiyası üçün “Emmy” mükafatının tədbirinə hazırlaşan T.Büyüküstün fotoya “yolda” başlığını yazıb.

Xatırladaq ki, aktrisa hal-hazırda “Qara pul eşq” serialında rol alıb.