Xanımlar üçün 6 önəmli məsləhət

Xanımlar üçün 6 önəmli məsləhət
2682 dəfə oxunub
  • A-
  • A
  • A+

Dadlı yemək hazırlamaq, qüsursuz iş görmək hər bir xanımın arzusudur.

Axşam.az evdar xanımlara yeməklərin daha ləzzətli alınmasına kömək olacaq məsləhətlər təqdim edir:

· Balıq ətini basdırma edərkən onu 15 dəqiqədən artıq saxlamaq olmaz. Əks-halda bişəndə ət su verəcək.

· Çaytikanı kompotu hazırlayarkən içərisinə bir-iki ədəd itburnu atsanız, daha fərqli dadı olar.

· Giləmeyvələri otaq temperaturunda 5 dəqiqədən artıq saxlamaq olmaz. Əks halda o bütün vitaminlərini itirər.

· Moruq, çiyələk mürəbbəsi bişirəndə meyvələrin içərisinə az miqdarda konyak və ya rom töksəniz, dadlı alınacaq.

· Divan və kreslonun tozunu təmizləyərkən üstünə nəm parça sərib, sonra taxta ilə vurun. Toz rahat təmizlənəcək, ətraf çirklənməyəcək.

· Soyuducu çirkli olanda ərzaqlar tez xarab olur. Buna görə də həftədə ən az bir dəfə soyuducunun içərisini soda tökülmüş su ilə silin. Bu həm bakteriyaları öldürəcək, həm də pis qoxunu götürəcək.