Məşhurlar İsrail ordusuna yardım edib

Məşhurlar İsrail ordusuna yardım edib
1363 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-da hər il keçirilən "İsrail Ordusunun dostları" mərasimi bu dəfə rekord qırıb.

Axşam.az-ın ans press-ə istinadən məlumatına görə, bu gecənin təşkilatçıları ABŞ-da yaşayan yəhudi əsilli iş adamlarıdır.

Mərasimin keçirilməsində məqsəd İsrail Ordusuna ianə toplamaqdır. Mərasimə məşhurlardan başqa 1200 adam qatılıb. Bu dəfəki mərasimdə toplanan pullar rekord qırıb. Buna səbəb isə gecədə məşhur Hollivud ulduzları Silvester Stalone və Arnold Şvarsneqerin iştirak etməsi olub. Belə ki, gecədə 33 milyon dollar ianə toplanıb.

Mərasimdə Stalone və Şvarsneqerdən başqa məşhur müğənni Riki Martin, aktrisa Pamela Anderson da iştirak edib.