Zəlimxan Yaqubun səsi batıb

Zəlimxan Yaqubun səsi batıb
2061 dəfə oxunub
  • A-
  • A
  • A+

Aşıqlar Birliyin sədri, xalq şairi Zəlimxan Yaqubun səsi batıb.

Axşam.az-ın məlumatına görə, bu barədə azvision.az-a xalq şairinin özü deyib. O, səsi ilə bağlı hazırda müalicə olunduğunu deyib.

Z.Yaqub yaxın günlərdə böyrəklərinin müəlicəsi ilə əlaqdar olaraq Almaniyaya gedəcəyini də açıqlayıb:

“Dekabrın 4-də böyrəklərimin müalicəsi üçün yenidən Almaniyanın Hannover şəhərinə gedəcəyəm. Hazırda özümü yaxşı hiss edirəm. Azərbaycanda da müalicələrimi davam etdirirəm. Səsim batıb. Danışa bilmirəm. Ona görə də müalicə alıram”.

Qeyd edək ki, Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bir müddətdir ki, böyrəklərində olan xəstəlikdən əziyyət çəkir. O, müalicə ilə əlaqədar olaraq artıq bir neçə dəfə Almaniyaya gedib.

Şairin 2010-cu ildə səsləndirdiyi “Bizi” şeirini təqdim edirik: