Azərbaycanlı gözəl Honq-Konqda - fotolar

Azərbaycanlı gözəl Honq-Konqda -  fotolar
2048 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 12-dən etibarən Honq-Konqda start verilən “Miss Model of the World 2014” beynəlxalq müsabiqədə ölkəmizi model Kamilla Ələkbərovanın təmsil edəcəyi ilə bağlı xəbər vermişdik. 

Axşam.az-ın məlumatına görə, model bununla bağlı sözügedən ölkəyə yollanıb.

Bu haqda məlumatı təşkilatçı Aqil Məmiyev verib.

Onun sözlərinə görə, müsabiqəyə qatılan 21 yaşlı Kamilla bir həftəyə yaxındır ki, Honq-Konqdadır.

Qeyd edək ki, müsabiqə 1988-ci ildən bəri hər dəfə dünyanın ən nüfuzlu ölkələrində keçirilir.