Ancelina Coli aktrisalıqdan imtina edib rejissorluğa başlayır - fotolar

Ancelina Coli aktrisalıqdan imtina edib rejissorluğa başlayır - fotolar
1374 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ancelina Coli və britaniyalı aktyor Cek О'Кonnel Amerikanın “DuJour” jurnalı üçün fotosessiya etdiriblər.
 
Axşam.az-ın məlumatına görə, A.Coli dərgiyə müsahibəsində aktrisalıq karyerasına son qoyacağını deyib. O, bundan sonra rejissor kreslosunda əyləşmək niyyətindədir:
 
“Mən həmişə özümü kamera önündə narahat hiss etmişəm. Daha əvvəl heç ağlıma da gəlməzdi ki, nə vaxtsa rejissorluqla məşğul ola bilərəm. Ancaq bu, məndə alınırsa, niyə də olmasın? Mən aktrisalıq fəaliyyətimdən imtina etməyə hazıram”.

Qeyd edək ki, Ancelina Coli və Cek О'Кonnel birlikdə “Qırılmaz” (“Unbroken”) filmində rol alıblar. Ekran işinin rejissoru A.Colidir.