Azərbaycan “Türkvizion”da finala çıxmadı – fotolar

Azərbaycan “Türkvizion”da finala çıxmadı – fotolar
1864 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Tatarıstanın Kazan şəhərində “Türkvizion” müsabiqəsinin açılışı olub.

Axşam.az-ın məlumatına görə, 24 türkdilli dövlətin qatıldığı gecədə ölkəmizi əməkdar artist Elza Seyidcahanın tələbəsi, gənc ifaçı Elvin Ordubadlı təmsil edib.

O, müsabiqədə sözləri Ayşə Birgül Yılmaza, musiqisi E.Seyidcahana aid olan “Devlerin yalnızlığı” mahnısını səsləndirib. Elvin bu ifası ilə 13-cü olub.

Bu haqda əməkdaşımızla söhbətində E.Seyidcahan danışıb:

“Finala bir addım qalmışdı, amma alınmadı. Burada çox güclü oxuyanlar var. Elvin üçün 13-cü olmaq pis deyil. Amma ölkəmiz adına bu, yaxşı nəticə olmadı. Tatarıstan çox yaxşı hazırlaşmışdı. Düşünürəm ki, onlar birinci olacaq. Qazaxıstan və İran təmsilçiləri də gözəl çıxış etdilər”.

Qeyd edək ki, yarışmanın finalı noyabrın 21-də baş tutacaq. Gecədə ötən il müsabiqədə qalib olan həmyerlimiz Fərid Həsənov da çıxış edəcək. O, “Yaşa” adlı mahnısını oxuyacaq.