Azərbaycan sənətçilərinin pis vərdişləri – "Dırnaqlarımı yeyirəm"

Azərbaycan sənətçilərinin pis vərdişləri –  "Dırnaqlarımı yeyirəm"
3273 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hər şey daxil” verilişi məşhurlar arasında sorğu apararaq onların pis vərdişini ortaya çıxarıb.

Axşam.az tanınmışlar arasında aparılan həmin sorğunu təqdim edir:

Xalq artisti Nəzakət Teymurova – Oxuyanda dilimlə tez-tez dodaqlarımı yalayıram. Onu özümə bağışlaya bilmirəm. Efirdə görəndə də əsəbləşirəm. Bilmirəm əsəbdəndir, yoxsa həyəcandandır.

Əməkdar artist Cavanşir Məmmədov - Ən pis vərdişim Amerikan modeli olan maşınlar almaqdır.

Müğənni Samirə Allahverdiyeva – Barmaqlarımı sındırıram. Evdəkilər mənimlə dava edir ki, pis vərdişdir, tərgit.

Rəqqasə Fatimə Fətəliyeva – Yeməyi tez-tez yeyirəm. Əgər yanımda kimsə oturubsa, özümdə bitəndən sonra onun boşqabından götürürəm. Gözüm doymur.

Müğənni Vüqar Muradov – Dırnaqlarımı yeyirəm. Bu vərdişim uşaqlıqdan var. Bir ara acı lak vurdum ki, yeməyim. Köməyi də oldu. Sonra yenə dayana bilmədim.