Viktoriya Bekhem yeni kolleksiyasını təqdim etdi - fotolar

Viktoriya Bekhem yeni kolleksiyasını təqdim etdi - fotolar
1883 dəfə oxunub
  • A-
  • A
  • A+
Futbolçu Devid Bekhemin həyat yoldaşı, modelyer Viktoriya Bekhem İngiltərənin Mançester şəhərində öz brendinin yeni kolleksiyasını təqdim edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Selfridges” mağazasında keçirilən tədbirdə Viktoriya ağ koftada və qara uzun ətəkdə olub. O, jurnalistlərə müsahibəsində “Bu qədər paltar seçimi ola-ola məhz mənim brendimdən geyinən qadınları görəndə çox sevinirəm”, - deyə açıqlama verib.

V.Bekhem işi ilə ailəsi arasında necə balans qurması haqda da danışıb:

“Ailə mənim üçün birinci yerdədir. Hər şeyi vaxtında çatdırmaq üçün qrafikimi çox dəqiqliklə qururam. Bunun üçün də bir qədər çalışmaq lazım olur, amma sonda alınır”.