Nadir: “Mənə qarşı çaşanlar...”

Nadir: “Mənə qarşı çaşanlar...”
1207 dəfə oxunub
  • A-
  • A
  • A+

Xarici ölkələrin birində dincələn müğənni Nadir Qafarzadə Azərbaycana qayıdıb.

Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, istirahətindən tez qayıtmasına səbəb yaradıcı işləri olub:

“Bir neçə gündür ki, Azərbaycandan kənarda idim. Dincəlirdim. Düşünürəm ki, istirahətimi gözəl keçirə bildim. Müğənni Natavan Həbibi və “Bu şəhərdə” komandasının üzvü Rafael İsgəndərov da bizimlə idi. Bir neçə gün də qalıb dincəlmək istəyirdim. Amma yeni layihəmin işlərinə görə qayıtmalı oldum. Qalmaqaldan, səs-küydən uzaq idim. İndi gəlmişəm, yenə söz-söhbətlər başlayacaq. Gündəmdə qalmaq üçün barəmdə söz deyəcəklər. Susmağa çalışacam. Amma düşünməsinlər ki, qorxuram. Tanıyanlar bilir, mənim bu həyatda qorxacağım heç nə yoxdur. Mənə qarşı çaşanların cavabını lazımi şəkildə verməyi bacarıram”.