Həmkarları Günay İbrahimliyə əsəbləşdi

Həmkarları Günay İbrahimliyə əsəbləşdi
3767 dəfə oxunub
  • A-
  • A
  • A+
“Kimdir nömrə 1?” yarışmasından uzaqlaşan müğənni Günay İbrahimli həmkarlarını əsəbləşdirib.

Axşam.az-ın məlumatına görə, ifaçının prodüserinin “Burada bizim səviyyəmizdə müğənnilər yoxdur” kəlməsinə yarışmanın iştirakçıları münasibət bildirib:

Verilişin ekspertlərindən olan Afaq Gəncəli - “Mənə uyğun ifaçı yoxdur" kəlməsinin digər mənası “səviyyəm deyillər”dir. Mən Günayın prodüseri ilə də danışdım, söhbətdən qaçdılar. Günay oxuya bilir. Amma niyə belə addım atdığını başa düşmədim.

Müğənni İlahə İbadova – Ay Günay, burada kim sənin səviyyəndə olmaya bilər? Hər biri yüksək səviyyəli insanlardır. Vaxtın yox idisə, əvvəldən razılaşmazdın. Mən arzulayıram ki, sən gələsən. Uduzmağı bacarmalısan. Deyir qalmaqallı yarışmadır. Buradakılara baxanda Günay daha çox qalmaqal edir.

Elvin Abdullayev – Əgər Günay öz tamaşaçısına hörmət edirsə, gəlməli idi. Özünü sübut etməliydi. Bu cür addım atmağa ehtiyac yox idi. Günayı əvəz edən tapılacaq.

Lamiyə Novruzova - Acizlikdir... Deyir ki, buradakıların onun səviyyəsinə uyğun olmamasını özü yox, prodüseri söyləyib. Heç bir prodüser müğənninin icazəsi olmadan belə söz işlətməz. Onun səviyyəsi bizə uyğun deyil. O özünə Röyanı, Aygün Kazımovanı rəqib bilir? Hələ onlar kimi olmasına çox var...

Elçin Hüseynov – Atdığı addıma görə ona qarşı gələcək müsbət və ya mənfi hərəkətlərə özü cavabdehdir.

Aysel Əlizadə - Bu, düzgün addım deyildi. Deyir biz onun səviyyəsində deyilik. Qoy, elə o cür də fikirləşsin.

Yaşar Cəlilov – Gələrdi, uduzub gedərdi. Bu daha yaxşı alınardı. Belə imtina etməzdi.