Öldürülən gözəlin qatili tapıldı

Öldürülən gözəlin qatili tapıldı
2878 dəfə oxunub
  • A-
  • A
  • A+
Hondurasda yaşayan 19 yaşlı model Mariya Alvarado və bacısı Sofiya Trinidadı qətlə yetirən şəxsin kimliyi məlum olub.

Axşam.az-ın "ANS PRESS" ə istinadən verdiyi məlumatına görə, Honduras polis rəisi general Ramon Sabillon bildirib ki, bacıları Plataro Ruiz adlı şəxs öldürüb. O, Sofiyanın sevgilisi olub. Hadisə qısqanclıq səbəbindən baş verib. Ruiz sevgilisinin başqa kişi ilə rəqs etdiyi əsəbləşib. Bu səbəbdən də, Santa Barbarada təşkil olunan şənlikdən sonra bacıları öldürüb.

O, əvvəlcə Sofiyaya atəş açıb. Daha sonra qorxudan qaçmaq istəyən modeli də güllələyib. Ruiz onların meyitini şəhər yaxınlığındakı gölün yaxınlığında basdırıb. Saxlanılan Ruiz törətdiyi cinayəti etiraf edərək bacıların cəsədlərini basdırdığı yeri göstərib.

Qeyd edək ki, qətlə yetirilən 19 yaşlı model 2014-cü ildə keçirilən gözəllik yarışmasının qalibi olub. O, 2015-ci ildə Londonda keçiriləcək dünya gözəllik müsabiqəsində iştirak edəcəkdi. Bacıları öldürən qatil indi məhkəmə qarşısında cavab verəcək.