Vasif Məhərrəmli ilə qonşuları arasında qalmaqal

Vasif Məhərrəmli ilə qonşuları arasında qalmaqal
2910 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Düzünü desək” verilişi müğənni Vasif Məhərrəmlinin yaşadığı ünvana yollanıb.

Axşam.az-ın məlumatına görə, verilişin yaradıcı heyəti ifaçı haqqında müsahibə almaq üçün onun qonşularına üz tutub. Onlar isə V.Məhərrəmlini tanımadıqlarını bildiriblər. Məhz bu hadisə qarşı tərəfi özündən çıxarıb. Canlı yayıma gələn müğənni məsələ ilə bağlı sərt fikirlər səsləndirib:

“Qonşum 10 milyon insana öz tərbiyəsini göstərdi. Müştəbək insan deyiləm. Amma məni, İzzəti, Aygün Kazımovanı, Röyanı tanımadığını demək, xəbislikdən, paxıllıqdan, bədxahlıqdan xəbər verir. Bizi hamı tanıyır. Bəhram Bağırzadə və Faiq Ağayev də o ərazidə yaşayır. Binalar böyüdükcə, qonşuluq uzaqlaşır. Görürlər, salam vermirlər. Evimizdə təmir gedəndə aşağı qonşum mənə neçə dəfə zəng edib şikayət etdi ki, səs-küy var. Dedim ki, təmir gedir, nə edim? Başladı hədələməyə ki, başınıza oyun açaram. Yaşca məndən böyükdür deyə, fikir vermədim. Mənəviyyatı, milli mənsubiyyəti bəlli olmayan insandır”.