“Whatsapp”dan yenilik

“Whatsapp”dan yenilik
5031 dəfə oxunub
  • A-
  • A
  • A+
Mobil mesajlaşma proqramı olan “Whatsapp”ın rəhbərliyi istifadəçilərinə yeni təhlükəsizlik funksiyasını təqdim edəcək.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra sözü gedən tətbiqetmədə yazılan mesajı onu yazan və oxuyandan başqa heç kim şifrəsiz görə bilməyəcək.
Şirkət bu işi “TextSecure ” adlı sistemin vasitəsilə həyata keçirəcək. Onu da vurğulayaq ki, bu yeni funksiya ilk olaraq Android əməliyyat sistemi üçün nəzərdə tutulub.

Xatırladaq ki, hazırda 600 milyondan çox istifadəçisi olan proqram bu ilin fevralında 22 milyard dollara “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberqə satılmışdı.