Keşişin qızı müsəlman oldu - foto

Keşişin qızı müsəlman oldu - foto
1419 dəfə oxunub
  • A-
  • A
  • A+
İsveçin Upsala şəhərində keşişin qızı dinini dəyişib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, həmin şəhərin keşişi olan Rabbi Sandenin 25 yaşlı qızı Cannika Sande islamı qəbul edib. İsveç kilsəsində xristian təhsili alaraq böyüdüyünü deyən Cannika Quran oxuyarkən sanki Allahın ona səsləndiyini və bununla da müsəlman olmağa qərar verdiyini deyib.

Atasının qibləni tapmaqda ona kömək etdiyini bildirən C.Sandi telefonundakı proqramlar sayəsində azan vaxtlarından xəbərdar olduğunu və namazını qıldığını söyləyib. Keşiş Rabbi qızının dinini dəyişmə qərarına hörmət etdiyini bildirib.