Zülfiyyə Xanbabayeva Eminlə duetindən danışdı

Zülfiyyə Xanbabayeva Eminlə duetindən danışdı
2145 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, müğənni-bəstəkar Emin və xalq artisti Zülfiyyə Xanbabayeva dekabrın 4-də “Baku Crystal Hall”da duet ifa edəcəklər.

Axşam.az-ın məlumatına görə, sənətçilər artıq SSRİ xalq artisti, mərhum Müslüm Maqomayevin “Azərbaycan” mahnısını səsləndiriblər. Z.Xanbabayeva “1news.az”a müsahibəsində ilk dəfə Eminin konsertində birgə oxuyacaqları duetdən danışıb:

“Azərbaycan” dahi Müslüm Maqomayevin mahnısıdır. Bu əsər, artıq klassikadır. Biz təbii ki, məsuliyyətimizi dərk edirdik. Başa düşürdük ki, əgər dahi sənətkarın əsərinə müraciət ediriksə, onda bunu ya yaxşı etməliyik, ya da ümumiyyətlə ona toxunmamalıyıq. Anlayırdıq ki, onsuz da heç kim bu mahnını Müslüm Maqomayevdən daha yaxşı səsləndirə bilməyəcək, ona görə də, bəstənin daha “yumşaq”, lirik, ürəkdən gələn variantını hazırladıq. Əgər “Azərbaycan”ın orijinalını təntənəli mərasimlərdə himn kimi səsləndirmək mümkündürsə, bizim oxuduğumuz versiyanı adi günlərdə də dinləmək olar”.

Xalq artisti, həmçinin, Eminin də işin məsuliyyətini dərk etdiyini bildirib:

“Eminin necə çalışdığını görmək çox xoş idi. O, Azərbaycan tamaşaçısını çox sevir və hörmət edir. Müvəffəqiyyət qazanmaq üçün mümkün olan və olmayan hər şeyi etməyə çalışır. Emin çox məsuliyyətli, pozitiv, istedadlı insandır. O daim öz üzərində işləyir və inkişaf edir. Bunlar insanda laqeydliyin yaranmasına imkan vermir. Əminəm ki, Eminin yubiley konserti uğurla keçəcək və bütün qəlbimlə bunu arzulayıram. Mən böyük məmnuniyyətlə Eminlə əməkdaşlığı davam etdirərdim və özümə, ona yazılmış mahnıları oxuyardım”.