Azərbaycan “Türkvizion”da finala yüksəldi - qərar dəyişdi

Azərbaycan “Türkvizion”da finala yüksəldi -  qərar dəyişdi
2225 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Tatarıstanın Kazan şəhərində keçirilən “Türkvizion” yarışmasında təmsilçimiz Elvin Ordubadlının finala yüksələ bilməməsi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, bu gün müsabiqənin nəticələri ilə bağlı iclas keçirilib. İclasda Azərbaycana qarşı yanlış qərar verildiyi ortaya çıxıb. Belə ki, Elvinin səs faizləri səhv hesablanıb. Münsiflər yenidən bir araya gələrək həmyerlimizin ifasını qiymətləndiriblər. Nəticədə 170 bal alan E.Ordubadlı finala vəsiqə qazanıb.

Bu haqda əməkdaşımızla söhbətində əməkdar artist Elza Seyidcahan məlumat verib:

“Burada hər kəs Elvinin mahnısına, rəqsinə heyran qaldıqlarını dedi. Azərbaycanın bu uğuruna digər iştirakçı ölkələr də sevindi”.

Qeyd edək ki, yarışmanın finalı sabah baş tutacaq. E.Ordubadlı müsabiqədə sözləri Ayşə Birgül Yılmaza, musiqisi E.Seyidcahana aid olan “Devlerin yalnızlığı” adlı mahnını səsləndirib.