Məşhur serial bu axşam yayımını dayandırır – video+foto

Məşhur serial bu axşam yayımını dayandırır – video+foto
2637 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyada çəkilən ilk türk serialı olan “Kurt Seyit ve Şura” bu axşam final bölümü ilə ekranlarla vidalaşacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Star” kanalında yayımlanan ekran işinin nümayişi reytinq yığa bilmədiyi üçün yarımçıq dayandırılır.

Sözügedən serialın Sankt-Peterburq çəkilişləri 90 gün ərzində tamamlanıb və filmdə 26 rus aktyoru çəkilib.

Qeyd edək ki, əsl sevgi hekayəsi əsasında çəkilən “Kurt Seyit ve Şura”da baş rolları Kıvanç Tatlıtuğ, Fəxriyyə Evcən və Fərəh Zeynəb Abdullah oynayıblar.