“Xatirənin xətrinə dəydisə, getsin su içsin”

“Xatirənin xətrinə dəydisə, getsin su içsin”
5920 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslamla xanəndə ustası Elnarə Abdullayeva söz davasına çıxıb.

Axşam.az xəbər verir ki, Xatirə muğam ifaçısının “müğənni qız almaram, oxuyana da qızımı vermərəm” sözlərini tənqid edib. O deyib ki, kimliyindən asılı olmayaraq belə danışan sənətçilərə salam da vermir.

Xatirənin onun sözlərinə belə reaksiya verməsinə Elnarə Abdullayeva da səssiz qalmayıb. "Gündəlik" verilişinə qonaq olan sənətçi bildirib ki, Xatirənin dedikləri onu maraqlandırmır:

“Fikir verməyin, onlar çaşıblar, bilmirlər nə danışırlar. Mən nə dediyimi yaxşı anlayıram. Kim şou aləminə girsə, bata bilər. Həyat yoldaşım məni neçə il idi tanıyırdı. Xasiyyətimə bələd idi. Çox sağ olsun ki, müğənni ola-ola mənimlə ailə qurdu. Amma Allah onu bəxtəvər yaradıb ki, qarşısına mən çıxdım. Oğlum müğənni qız istəsə, qətiyyən almaram. Əgər sözümdən çıxsa, məcbur gedib başqa yerdə yaşamalı olacaq. Bu sözlər Xatirənin xətrinə dəydisə, getsin su içsin. Heç kimlə işim yoxdur. Xatirənin nə dediyi mənə qətiyyən maraqlı deyil. Onun xətrini çox istəyirəm, amma fikrim budur”.