Sevgilisindən “Karolin”ə romantik evlilik təklifi – fotolar

Sevgilisindən “Karolin”ə romantik evlilik təklifi – fotolar
2020 dəfə oxunub
  • A-
  • A
  • A+

“Öyle bir geçer zaman ki” (“Zaman elə keçir ki”) serialından Karolin obrazı ilə tanınan almaniyalı aktrisa Vilma Ellesə sevgilisi, iş adamı Kərəm Göyüş tərəfindən maraqlı evlilik təklifi olunub.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktrisanı tətil üçün Kapadokiyaya aparan iş adamı ona hava şarına minməyi təklif edib. Cütlük yerdən bir metr yüksəkliyə qalxdıqdan sonra aşağıda “Will you marry me?” (“Mənimlə evlənərsən?”) yazılmış plakat açılıb. Bu sürpriz qarşısında çox təəccüblənən Vilma sevgilisini öpərək romantik təklifə “hə” cavabı verib. V.Elles və K.Göyüş turistlərin alqışları ilə bir-birlərinə sarılıblar.