Qənirə Paşayeva ilə Sevinc Tofiqqızının növbəti iş birliyi – video+fotolar

Qənirə Paşayeva ilə Sevinc Tofiqqızının növbəti iş birliyi – video+fotolar
1852 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayevanın işbirliyi davam edir.

Bu barədə Axşam.az-a açıqlama verən S.Tofiqqızı bildirib ki, Q.Paşayeva ilə yazdığı yeni mahnısını müğənni Rəşad İlyasov oxuyub:

“Dəyərli millət vəkilimiz Qənirə Paşayeva ilə iş birliyim davam edir. Bu dəfə sözləri Qənirə xanıma, musiqisi isə mənə aid olan “Sənsizlik” adlı mahnımızı Rəşad İlyasov oxudu. İnanıram ki, dinləyicilər tərəfindən çox bəyəniləcək. Bu, Qənirə xanımın şeirinə bəstələdiyim 9-cu mahnıdır. Hələ bundan sonra iş birliyimiz davam edəcək”.

Rəşad İlyasov “Sənsizlik” mahnısını ifa etməkdən məmnun olduğunu bildirib:
 
“İnanın mənə, sözləri Qənirə Paşayevaya, musiqisi Sevinc Tofiqqızına aid olan mahnını oxumaq təklifi gələndə çox şad oldum. Çünki hər ikisi mənim üçün çox dəyərlidir. Mən fəxrlə “Sənsizlik” mahnısını oxudum. İnanıram ki, bu ifam dinləyicilər tərəfindən bəyəniləcək”.

Qeyd edək ki, mahnının bekvokalını müğənni Leyla Babayeva ifa edib, aranjimanı isə Osman Həmidova məxsusdur.